Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Aidiyyatı qurumlar hərəkətə keçdi: Qubanın keçilməz yolları bərpa edilir

109 Baxış

Bir müddət öncə Qubanın Cəfər Cabbarlı küçəsinin bərbad yolları haqda hazırladığımız reportaj öz nəticəsini verib və aidiyyatı qurumlar artıq hərəkətə keçib.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, Quba Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yolda həyata keçirilən asvaltlanma işləri vətəndaşların sevincinə səbəb olub. İcra nümayəndəsi Elvin Hüseynov KONKRET TV-yə açıqlamasında digər küçə və prospektlərdəki yolların da təmirinə start verildiyini bildirib.

Xatırladaq ki, Qubaya yağan güclü qardan sonra yollarda çatlar və iri çuxurlar əmələ gəlmişdi. Bu isə insanların və avtomobillərin hərəkətinə ciddi maneə yaradırdı.  //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678