Mərmərə dənizinə bağlanan kiçik bir adada tikilmiş Qız qalası

21 Baxış

Bosfor (İstanbul) boğazının Mərmərə dənizinə bağlandığı kiçik bir adada tikilmiş Qız qalası haqqında müxtəlif əfsanələr və rəvayətlər var.

Turanmedia.az Hokm.az-a istinadən xəbər verir ki, Üsküdar mahalının simvolu halına gələn qala Bizans dövründən Üsküdarda qalan yeganə abidədir. Abidə eramızdan əvvəl 24-cü ilə aiddir və Qara dənizilə Mərmərə dənizinin qovşağında inşa edilib. Qız qalası İstanbulun fəthindən əvvəl də var idi. Ancaq Üsküdarda qalan yeganə Bizans abidəsi Qız qalasıdır. On səkkiz metr hündürlüyündə,beş mərtəbədən ibarət olan Qız qalası bir müddət həbsxanakimi də istifadə olunub. Qalanın yaxınlığındakı hündürmayaklar dörd mil məsafədən görünəcək şəkildə hər üç saniyədən bir işıq saçır.

1719-cu ildə yanğında ciddi zərər görən Qız qalası Nevşehirin baş naziri Damat İbrahim Paşa tərəfindən yenidən inşa edilib. Qız qalası İstanbulun fəthindən əvvəl tikilib. Bundan əlavə, Üsküdar mahalında Bizanslılardan qalan yeganə tikili Qız qalasıdır. Qala Salacakdan təxminən 150 metr aralıda yerləşir.

Qız qalasının tikilmə məqsədi Bosfor boğazınınmüdafiəsini təmin etmək idi. Daha sonra düşməngəmilərini müşahidə və gömrük qapısı kimi istifadə edilib.  //Turanmedia.az