Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Google”dən Rusiyaya növbəti ZƏRBƏ – Dövlət Dumasının kanalı bloklandı

106 Baxış

“Google” Dövlət Dumasının “DumaTV” YouTube kanalını bloklayıb.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya parlamentinin aşağı palatasının saytında məlumat verilib.

Kanala 145 minə yaxın insanın abunə olduğu, videolara baxış sayının isə 100 milyonu ötdüyü qeyd edilir.

“DumaTV” deputatların eksklüziv şərhlərini, plenar iclasların verilişlərini və müəllif proqramlarını paylaşır. Redaktorlar bloklamaya hazır idilər və buna görə də, digər hesabları fəal şəkildə inkişaf etdirirlər” – deyə vurğulanıb.

Xatırladaq ki, bundan əvvəl YouTube Rusiya dövləti tərəfindən maliyyələşdirilən media kanallarını bloklamışdı. YouTube həmçinin Rusiyadakı istifadəçilər üçün monetizasiya funksiyalarını tamamilə dayandırıb. Bundan əlavə, “Premium” və “Music Premium” abunələri Rusiyadan olan istifadəçilər üçün mövcud deyil. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678