Zelenski: “Yeni həftə çox gərgin olacaq”

11 Baxış
Rusiya məğlubiyyətdən ehtiyat etdiyi üçün yeni həftə daha ağır olacaq.

Turanmedia.az Apa-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Facebook” səhifəsində bildirib.

Dövlət başçısı qeyd edib ki, Rusiya məğlubiyyətdən çəkindiyi üçün Ukraynanın şimalında genişmiqyaslı hücuma keçəcək. Bu dəfə daha çox raket və bomba atılacaq.

Bununla yanaşı, Zelenski Ukraynanın bu vəziyyətə hazır olduğunu, beynəlxalq arenada və informasiya sahəsində fəaliyyətini artıracağını vurğulayıb.  //Turanmedia.az