AQTA Rusiyanın Azərbaycandan pomidor idxalına qadağa qoyması xəbərinə münasibət bildirib

9 Baxış

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli sahibkarların Rusiyanın növbəti dəfə Azərbaycandan idxal edilən pomidora qadağa qoyması xəbərlərinə münasibət bildirib.

Turanmedia.az Apa-ya istinadən xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib ki, Rusiyanın müvafiq qurumunun belə bir qərarı yoxdur: “Təcili bildiriş vərəqələrini biz təqdim edirik. İdxal edən ölkələr məhsulda hansısa zərərli maddə aşkarlanarsa, bildiriş göndərir. Bu gün Azərbaycandan alma və pomidor ixrac edilən ölkələrdə hər hansı məhdudiyyət yoxdur”.  //Turanmedia.az