Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Putin Ukraynada xüsusi əməliyyatı düzgün addım adlandırıb

107 Baxış

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı xüsusi əməliyyatı düzgün addım adlandırıb.

Turanmedia.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Putin Amur vilayətində yerləşən “Vostoçnıy” kosmodromuna səfər edərkən bildirib.

“Ukraynadakı xüsusi əməliyyat düzgün addımdır. Başqa seçimimiz yox idi. Məqsədimizə nail olacağıq”, – Putin vurğulayıb.

Putin Kiyevin Minsk razılaşmalarının icrasından açıq şəkildə imtina etdiyini xatırladıb.

O, müasir dünyada Qərbin Rusiyanı təcrid edə bilməyəcəyini diqqətə çatdırıb.  //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678