Paşinyandan birgə komissiya ilə bağlı açıqlama

16 Baxış

Bakı və İrəvan bu il aprelin 30-dək sərhədin delimitasiyası komissiyasının üzvlərini təyin etməlidir.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Bildirmək istəyirəm ki, hazırda komissiyanın formatı üzərində işləyirik. Ən geci aprelin 30-dək komissiyanın tərkibini dəqiqləşdirməliyik. Bu müddət ərzində müvafiq məsul şəxslərimiz Azərbaycan tərəfi ilə birgə çalışmalıdırlar ki, məsələnin həllinə nail olunsun”, – o bildirib. //Turanmedia.az