“Paşinyan Əliyevə SÖZ VERDİ: Azərbaycana əks mövqedə olan heç bir erməni məmur Qarabağa girməyəcək” – Akopyan

9 Baxış
“Paşinyan Əliyevə söz verib ki, onların mövqeyini bölüşməyən bir məmur da Qarabağa girməyəcək”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu mətbuat konfransında politoloq Ruben Akopyan deyib. O bildirib ki, erməni deputatların Qarabağa buraxılmaması, deputatların siyahısının sülhməramlıların əlinə keçməsi Paşinyanın İlham Əliyevə verdiyi sözün nəticəsidir.

“Əgər Xarici İşlər Nazirliyinin əməkdaşlarının bir az da olsa məntiqi varsa, o zaman izah etsinlər görək 20 ad-soyad, eləcə də digər məlumatlar olan bu siyahı necə Rusiya sülhməramlılarının əlinə keçib?

Axı bu siyahını kimsə göndərib, elə deyilmi? Konspirasiya versiyasını nəzərə almadan, çox sadə məntiqə görə, iki versiya irəli sürmək olar: ya Ermənistanda bu məlumatı ötürən dövlət strukturu var, ya da Paşinyanla Əliyev arasında şifahi razılaşma olub”, – deyə Akopyan vurğulaayıb.