“Zəngilanın Ağalı kəndinin sakinləri yaxın vaxtlarda köçürüləcəklər” – RƏSMİ
10 Baxış

“Böyük Britaniya minatəmizləmə ilə bağlı Azərbaycana dəstək verir. Ancaq biz beynəlxalq aləmdən böyük dəstək almamışıq”.
Turanmedia.az report-a istinadən xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı zəfərə aparan yol” adlı kitabın təqdimat mərasimində deyib.
O bildirib ki, böyük qayıdışa ən böyük maneə mina problemidir.
Dövlət Komitəsinin sədri həmçinin söyləyib ki, artıq Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” tikilib qurtarıb və ya qurtarmaq üzrədir:
“Həmin kəndin sakinləri yaxın vaxtlarda doğma yerlərinə köçürüləcəklər”.