Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İran mediası İsraillə münasibətlərə görə Azərbaycanı HƏDƏLƏDİ

143 Baxış
İran mediası Azərbaycan Prezidenti İlham Əliyevin İsrailin dövlət başçısına məktub göndərməsini müzakirəyə çıxarıb.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə SEPAH-a məxsus olan “Tasnimnews” saytının Azərbaycana qarşı hədə dolu xəbərində deyilir. Media sionistlərin Azərbaycan Respublikasında “xərçəngvari” kök saldığını yazır.

“Sionistlər Azərbaycanı İslam dünyasından ayırmağa cəhd edir, öz kəşfiyyat və casusluq şəbəkəsini yaratmaq istəyir. Habelə “Pegasus” casus proqramı vasitəsilə Azərbaycan vətəndaşlarının və jurnalistlərinin telefon danışıqlarını dinləyir. Bütün bunlar ölkə xalqının İsrailə dərin nifrətinin əsas səbəblərindəndir”,– deyə media orqanı yazıb.
SEPAH-ın nəzarətində olan media orqanı “Azərbaycan xalqının sionist rejimin Azərbaycan Respublikası ərazisindən İrana qarşı təxribat xarakterli hərəkətlər həyata keçirməsindən narahat” olduğunu iddia edib.

İsrailin Qarabağda yenidənqurma layihələri adı altında Azərbaycanda yerləşməsindən narahatlığını ifadə edib.

İsrailin Azərbaycan ərazilərindən İrana qarşı istifadə edə biləcəyi barədə ehtimallar irəli sürən sayt yenidən Azərbaycana qarşı təhdid mesajı ilə çıxış edib.

Sayt bunun Azərbaycan üçün problemlər yaradacağı barədə xəbərdarlıq edib.

“Azərbaycan Prezidentinin İshaq Hersoqa məktub ünvanlayaraq Azərbaycan xalqı adından İsrailə başsağlığı verdiyi və ya öz şəxsi hisslərini ifadə etməsi aydın deyil”, -deyə sayt yazıb. 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678