Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Rusiya və Ukrayna razılığa gəlmişdi, amma bu hadisə hər şeyi məhv etdi” – Çavuşoğludan ŞOK AÇIQLAMA

113 Baxış
“Problem nə qədər uzansa, həlli bir o qədər çətinləşir”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamasında bildirib.

Türkiyə rəsmisi tərəflər arasında keçirilən görüşlər içində İstanbul görüşünün önəmini xüsusi vurğulayıb:

“Antalyada başlayan səylərimizin bəhrəsini masada gördük. İstanbuldakı görüş hər iki tərəfin dediyi kimi ən mənalı danışıqlar olub. Meydanda Rusiyanın Kiyevdən və onun ətrafından geri çəkildiyini gördük. Təbii ki, hamı buna ehtiyatla yanaşırdı”.

Çavuşoğlu Buça qətliamının əlaqələrin yenidən gərginləşməsinə səbəb olduğunu bildirib və həm rusiyanın, həm də Ukraynanın İstanbul görüşündə əldə olunan bəzi razılıqlardan artıq uzaqlaşdıqlarını qeyd edib:

“Buça və digər bölgələrdən yayılan görüntülər atmosferi dəyişdi. Rusiyanın fərqli izahları var idi. Bu, danışıqlar prosesinə mənfi təsir göstərdi. Tərəflərin mətbuata əks etdirdiyi mənfi atmosferlə bizə dedikləri arasında fərqlər var. Biz ehtiyatla optimist qalırıq. Bütün çətinliklərə baxmayaraq, atəşkəs ehtimalı var”.

Xatırladaq ki, martın 29-u Rusiya və Ukrayna nümayəndə heyətləri İstanbulda görüşüblər. Görüş zamanı müəyyən razılıqlar əldə olunub.Putinin köməkçisi Vladimir Medinski görüşdən sonra verdiyi açıqlamada Ukraynanın Avropa İttifaqına qoşulmasına qarşı olmadıqlarını və Ukraynanın Donbasla Krımı hərb yolu ilə qaytarmaqdan vaz keçdiyini, Ukrayna rəsmisi Mixaylo Podolyak isə Krım məsələsinin həllinin yalnız diplomatik yolla ola biləcəyini bildirib.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678