Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Azərbaycanla Ermənistanın imzaladağı sənədin həyata keçməsinə Rusiya mane olur” – Rəsul Quliyev

126 Baxış

Putinin Ukraynanı işğal etmək cəhdi bir sıra ölkələrdə gərginlik yaradıb. Avstriyanın kansleri Moskvada Putinlə görüşəndən sonra verdiyi müsahibədə dedi ki, “O müasir həyatda yox, özü üçün yaratdığı dünyada yaşayır. Çox təhlükəli adamdır”.

Bu, həqiqətən belədir. Bu adam Ukraynanı işğal edəcəyinə inanır.

Baxmayaraq ki, bu, heç vaxt baş verməyəcək. Əlavə 100 min də dinc əhali öldürəcək, ancaq qorxusundan Ukrayna silahlı qüvvələri ilə üzbəüz vuruşmaqdan çəkinəcək. Bu adam Sovet dövründə istehsal edilmiş raketləri hara gəldi atacaq. Əgər Putin Ukraynanı işğal etsə, ətrafındakı bütün respublikalara ultimatum verəcək. Bu müharibə gedə-gedə də ultimatum verə bilər.

Artıq bütün dünya rus ordusunun dünyanın nəinki 2-ci, heç 30-cu orduda olmadığını başa düşür. Sözsüz Polşa, Türkiyə və başqaları da bunu bilir. Bədbəxtlik odur ki, Putin hələ də rus ordusunun ikinci ordu olduğuna inanır. Çünki o real yox, özünün yaratdığı dünyada yaşayır. Mən hərdən rusların informasiya vasitələrinə, TV və qəzetlərinə baxıram. Mən heç vaxt ağ yalan üzərində qurulmuş bu səviyyədə iyrənc verilişlərə, yazılara rast gəlməmişəm.

Azərbaycanla Ermənistanın imzaladığı sənədin həyata keçməsinə Putin mane olur. İndi Putin onu (Paşinyan – red.) Moskvaya çağırıb hədələyəcək ki, o müqaviləyə qol çəkməyin Ermənistan üçün ağır nəticələr verəcək. Paşinyan Azərbaycanla müqaviləyə imza atmasa, ölkəsini çox ağir vəziyyətə qoyacaq.

Azərbaycanın vəziyyəti yaxşıdır. Çünki hərbi potensialı qat-qat yüksək olan Türkiyə Azərbaycanın dostu və qardaşıdır. Ermənistan təcili Türkiyə ilə də müqavilə bağlamalıdır.

Ölkəsinin taleyini Putin Rusiyasına bağlamaq ən böyük ağılsızlıqdır. İnanıram ki, Paşinyan bunu başa düşür. Paşinyanın Putinə nifrət etdiyi məlumdur. Ancaq daxildəki rusistlərdən qorxur. Elə buna görə də Türkiyə ilə sazişə yaxın düşmür.

Əminəm ki, Azərbaycan qorxulu cərəyanların getdiyi indiki vəziyyətdən də qalib çıxacaq. Paşinyanla danışıb müqaviləni imzalamalı və Putini fakt qarşısında qoymalıdır.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678