Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Göyçayda iftarda kütləvi zəhərlənmə

104 Baxış

Ötən gün Göyçay rayonunda kütləvi zəhərlənmə qeydə alınıb. Hadisənin restoranlardan birində keçirilən iftar süfrəsi zamanı baş verdiyi ehtimal edilir.

Turanmedia.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, 10 nəfərin qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət etməsi ilə bağlı polis şöbəsinə məlumat daxil olub. Faktla bağlı toplanmış ilkin materiallar araşdırmanın davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib.

Hadisə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, kütləvi zəhərlənmə hadisəsinin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678