Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gənclərimiz kənd təsərrüfatı ixtisasları üzrə 136 nüfuzlu universitetdə təhsil ala biləcək

108 Baxış

Məlum olduğu kimi, Prezidentin Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramı çərçivəsində ümumilikdə 2000 nəfərədək Azərbaycan vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcək.

Turanmedia.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, dövlət Proqramının 2022-2023-cü tədris ili üçün prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısı hazırlanıb. Siyahıya prioritet hesab edilən 15 ixtisas sahəsindən biri olan kənd təsərrüfatı üzrə dünyanın 27 ölkəsinin 136 nüfuzlu xarici ali təhsil müəssisəsinin təhsil proqramları daxil edilib.

“2022-2026-cı illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” çərçivəsində kənd təsərrüfatı ixtisas sahələrinə uyğun təhsil proqramlarının olduğu nüfuzlu xarici ali təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üçün siyahısı ilə buradan tanış ola bilərsiniz.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678