Hesablama Palatası yoxlama apardığı qurumların sayını açıqladı

13 Baxış
Hesablama Palatası 2021-ci ildə 46 kənar dövlət maliyyə nəzarəti (42 audit, 2 analitik fəaliyyət, 2 moitorinq) həyata keçirib.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu, Hesablama Palatasının 2021-ci il üzrə fəaliyyət hesabatında yer alıb.

Hesabat ilində Hesablama Palatasının həyata keçirdiyi 42 auditlə tabelikdə olan qurum və müəssisələr, həyata keçirilən layihələr də daxil olmaqla, ümumilikdə 500-dən çox obyekt əhatə edilib. Hesabatda 2021-ci ilin İş planı üzrə nəzərdə tutulmuş və nəticələrinə dair qərar qəbul olunmuş 46 nəzarət tədbirinə dair məlumatlar əks etdirilib. Audit və analitik fəaliyyəti əhatə edən 44 kənar dövlət maliyyə nəzarətindən (KDMN) 32% nəzarət tədbiri ilk dəfə keçirilib. KDMN obyektləri arasında 3 ali kateqoriya dövlət orqanı, 8 mərkəzi icra hakimiyyəti orqanı və 1 digər dövlət orqanı, 7 publik hüquqi şəxs, 7 dövlət mülkiyyətində olan və dövlət səhmi olan müəssisə, 3 elm müəssisəsi, digərləri isə mərkəzi icra hakimiyyəti orqanının tabeliyində olan təşkilatlar və müxtəlif təşkilati-hüquqi formaya malik qurumlar olub.