Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Biləsuvar və Cəlilabad gəncləri sosial şəbəkələrdən düzgün istifadə qaydaları ilə tanış olublar.

242 Baxış

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclər Təşkilatları Milli Şurasının “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi” proqramı çərçivəsində Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyi tərəfindən “Sosial şəbəkələrdən düzgün istifadə edək!” layihəsi uğurla yekunlaşıb.
Biləsuvar və Cəlilabad rayonlarında ümumilikdə 6 təlim üzrə 150 gəncin iştirak etdiyi layihə gənclərin sosial şəbəkələrdən düzgün istifadə qaydaları üzrə bilik və bacarıqlarının artırılması məqsədilə həyata keçirilib.
Təlimlər zamanı gənclərə sosial şəbəkələrdən düzgün, məqsədyönlü və təhlükəsiz istifadənin əhəmiyyəti vurğulanıb. Eyni zamanda iştirakçılara Azərbaycan həqiqətlərini, Azərbaycanın qazandığı qələbələri dünya ictimaiyyətinə çatdırmaq üçün müxtəlif imkanlardan, həmçinin uyğun həştəqlərdən istifadənin əhəmiyyəti, internetin yaratdığı imkanlardan yararlanaraq düzgün maariflənmək, məlumatlılığı artırmaq barədə geniş məlumat verilib. Təlimlər praktiki məşğələlərlə davam edib və sonda gənclər qruplar halında öz təkliflərini yazaraq təqdim ediblər.
Layihə müddətində fəallıq göstərən gənclər sertifikatla təltif olunublar.
Qeyd edək ki, “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi” proqramı gənclər təşkilatları tərəfindən həyata keçirilən layihələrə müvafiq resurs dəstəyinin göstərilməsi və gənclər təşkilatlarının fəaliyyətlərinin səmərəliliyinin və məhsuldarlığının artırılmasını nəzərdə tutur. Proqram çərçivəsində 12 təşkilat tərəfindən həyata keçirilən 12 layihəyə resurs dəstəyi göstərilir.

ELNUR HÜSEYNLİ

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678