Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Musiqi məktəblərinin müəllimlərinin yerdəyişməsi qaydası açıqlanıb

200 Baxış

Turanmedia.az xəbər verir ki, Musiqi məktəblərinin müəllimlərinin yerdəyişməsi mümkün olacaq.

Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu qaydalarında qeyd olunub.

Bildirilib ki, Mədəniyyət Nazirliyinin sisteminə daxil olan məktəb və mərkəzlərdə müddətsiz əmək müqaviləsi ilə işləyən müəllimlərin tədris ili ərzində bu Qaydaların işə qəbulla bağlı müsabiqə şərtləri eyni olan ərazilər daxilində iş yerinin dəyişdirilməsi məsələsinə Nazirliklə razılaşdırmaqla müvafiq regional idarələr tərəfindən fərdi qaydada baxılacaq.

 

“Yerdəyişmə müvafiq vakant vəzifələr olduğu təqdirdə həyata keçiriləcək. Yerdəyişmə zamanı müəssisələrin yerləşdiyi rayon və şəhər, dərs yükünün həcmi və digər amillər nəzərə alınacaq. Yerdəyişmə ilə bağlı qərar qəbul edilərkən müharibə iştirakçıları və şəhid ailə üzvləri üstünlük hüququna malik olacaqlar. Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə uğur qazanaraq vəzifəyə təyin edilən şəxsin yerdəyişmə ilə bağlı müraciətinə təyin edildiyi müddətdən 2 il ərzində baxılmayacaq. Azərbaycan Respublikasının Əmək Məcəlləsində işçilərin iş yerinin və orta əmək haqqının saxlanıldığı hallar istisna olmaqla işçinin işdən ayrıldığı digər dövrlər bu müddətə daxil edilməyəcək” – deyə qeyd olunub.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678