Mixail Qusman: “Azad Şuşanın Dünya Azərbaycanlılarının Qurultayına ev sahibliyi etməsi möhtəşəmdir”

8 Baxış
“Azad olunmuş Şuşanın Dünya Azərbaycanlılarının V Qurultayına ev sahibliyi etməsi möhtəşəmdir”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın TASS Dövlət İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bildirib.

Onun sözlərinə görə, Şuşada Dünya Azərbaycanlılarının Zəfər Qurultayının keçirilməsi həqiqətən böyük hadisədir: “Azad olunmuş Şuşanın bu tədbirə ev sahibliyi etməsi möhtəşəmdir. Biz hamımız orda Azərbaycan prezidentinin çıxışını gözləyəcəyik. Mən indi sizinlə burda danışıram, amma təyyarəyə gecikməyə qorxuram ki, birdən Şuşadakı qurultaya gecikərəm. Aprelin 22-ni səbirsizliklə gözləyirəm. Neçə illər bu anı gözləmişik, dua eləmişik. Mən indi danışıram, sevincimdən gözlərim yaşayır”, – deyə Mixail Qusman Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində “Rusiyanın tanınmış azərbaycanlıları” layihəsi çərçivəsində tələbələrlə görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib./apa