Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“İskəndər” raketlərinin tədqiqat bazasında ÇÜCLÜ YANĞIN

106 Baxış
“İskəndər” raketlərinin tədqiqat bazası yanıb.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu gün Tverdə Rusiya Kosmik Müdafiə Qoşunlarının Elmi Tədqiqat İnstitutu yanıb. 6 nəfər ölüb, 27 nəfərin yaralandığı və itkin düşdüyü bildirilir.

İnstitut Müdafiə Nazirliyinin hava hücumundan müdafiəsi və aerokosmik müdafiə üçün silah nəzəriyyələrini hazırlayır. 2004-cü ildən MDB ölkələrinin vahid hava hücumundan müdafiə sisteminin tədqiqat bazasına çevrilib. İnstitutun əsas inkişafları “İskəndər” raket sistemi, Su-27 və Tu-160 təyyarələrinin gizli sistemləridir.

Aerokosmik Müdafiə Qüvvələrinin Mərkəzi Elmi-Tədqiqat İnstitutuna (NII VKO) yanğın nəticəsində xeyli maddi ziyan dəyib.

Açıq yanma aradan qaldırılıb, yanğının qısaqapanmadan baş verdiyi ehtimal edilir.

Yanğının söndürülməsinə helikopterlər də cəlb olunub.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678