Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Cəfərov da AŞPA-da “Bozqurd” işarəsi göstərdi

112 Baxış

Xəbər verdiyimiz kimi, Uruqvayda səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ona etiraz edən ermənilərə “Bozqurd işarəsi” ilə cavab verib.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bundan sonra Türkiyənin Uruqvaydakı səfiri Hüseyn Müftioğlu bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Ona xarici işlər naziri Mövlud Çavuşoğlunun jestinin yerli ermənilərin qəzəbinə səbəb olduğu bildirilib.

 

Bu gün AŞPA-nın yaz sessiyasında çıxış edən Milli Məclisin deputatı Kamal Cəfərov diqqətləri xüsusilə ermənilərin mina təxribatına və Mövlud Çavuşoğlunun sözügedən jestinə yönəldib:

 

“Bu yaxınlarda sakinlər Kəlbəcərin Günəşli kəndində dağıdılmış evlərinə baş çəkmək istəyiblər. Vaxtından əvvəl xəbərdarlıq edilməsəydi, 21 nəfər həlak ola bilərdi. Müəyyən edilib ki, bu minalar 2020-ci ilin 10-25 noyabr tarixlərində ermənilər tərəfindən basdırılıb. Biz istəyirik ki, AŞPA mina məsələlərində səssiz qalmasın.

Eyni zamanda cənab Çavuşoğlunun göstərdiyi işarədəki Bozqurd – qədim türk totemidir. Quqlda axtarış etsəniz, görəcəksiniz ki, hətta Barak Obama da “Bozqurd işarəsi” göstərib. Ona görə də göstərdiyim “Bozqurd işarəsi” ilə bağlı heç bir problem yoxdur”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678