DİN-in qarşısında özünü bu mənzilə görə yandırıb – Foto

13 Baxış

Xəbər verdiyimiz kimi, ötən gün 32 yaşlı Türkiyə vətəndaşı​ A.K. Daxili İşlər Nazirliyinin qarşısında üzərinə yandırıcı maye tökərək özünü yandırıb.

Məlum olub ki, bir neçə gün əvvəl ərazi üzrə Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) əməkdaşları onun “Tarqovı”dakı mənzildə qanunsuz inşa etdiyi eyvanı sökməsini tələb edib. A.K. isə bundan imtina edib, nazirliyin qarşısına gələrək özünü yandıracağını bildirib və qəfil üzərinə yandırıcı maye töküb.

Turanmedia.az xəbər verir ki, “Qafqazinfo” olaraq bu gün sözügedən tikintinin yerləşdiyi ərazidə olub. Məlum oldu ki, A.K. eyvanı Nizami küçəsinə açılan mənzilinə əlavə olaraq eyvan artırıb.

Qonşuların bildirdiyinə görə, həmin şəxs tikinti işlərinə ötən ilin payızından başlayıb. O, mənzili obyekt kimi icarəyə vermək istəyib. Qonşular qeyd ediblər ki, tikinti işinə görə mənzil sahibi ilə MKİS nümayəndələri arasında mübahisələr yaşanıb, dəfələrlə mənzil sahibinə tikintini dayandarmaqla bağlı xəbərdarlıq edilib.

Bina sakinləri həmçinin qeyd ediblər ki, özünü yandıran şəxs həmin mənzildə yaşamayıb.