Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Palmali”nin növbəti gəmisi Vətən Müharibəsinin ilk şəhidlərindən olan Cəbrayıl Dövlətzadənin adını daşıyacaq.

163 Baxış
“Palmali”nin növbəti gəmisi Vətən Müharibəsinin ilk şəhidlərindən olan Cəbrayıl Dövlətzadənin adını daşıyacaq. Xüsusi Təyinatlı Qoşunlarda xidmət edən Cəbrayıl Murovdağ yüksəkliyi istiqamətində strateji əhəmiyyətə malik düşmən postunun alınması tapşırığını yerinə yetirirdi. 28 sentyabrda əks-hücum əməliyyatında 11 zabitlə birlikdə çiyin-çiyinə döyüşən əsgər böyük qəhrəmanlıq nümayiş etdirir. Döyüş yoldaşlarının dediyinə görə, Cəbrayıl zabit yoldaşlarına “Siz gəlməyin, yolunuzu gözləyənlər var. Subayam, mən gedəcəm” deyərək irəli atılıb. O, düşmənlə əlbəyaxa döyüşə girərək erməni generalını və polkovnikini boğaraq öldürüb. Azərbaycanlı iş adamı, “Palmali Holding”in rəhbəri Mübariz Mənsimov şəhid anası Məleykə Məmmədzadəyə zəng edərək oğlu Cəbrayıl Dövlətzadənin adının növbəti gəmiyə veriləcəyi xəbərini ona çatdırıb. 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678