Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Bəlkə də tiktok cəmiyyəti korlamır, o sadəcə güzgüdür”

105 Baxış
“TikTok cəmiyyətin virtual narkotikidır. Dozası bir az aşağı olsa da, ənənəvi narkotikdən daha qorxuludur. O təkcə canı zədələmir, ruhu zədələyir, əxlaqı zədələyir, mənəviyyatı zədələyir”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu fikirləri ekspert Eldəniz Əmirov bildirib.

Eldəniz Əmirov,
“Onun necə işlədiyini bilmirəm. Heç vaxt nə instaqramdan, nə tiktokdan istifadə etmişəm, interfeyslərindən belə xəbərsizəm. Özüm twitter və facebookdan istifadə etsəm də, tiktok istisna olmaqla digərlərinin əlehinə deyiləm. Hərəsinin cəmiyyət üçün az-çox faydası var. Biri biznes-reklam funksiyası üçün faydalıdır (İnstaqram), biri məlumat-informasiya axının optimallaşdırır (Teleqram), bir başqasının başqa əhəmiyyəti var. Amma tiktokun əhəmiyyəti nədir? Bəlkə kimlərsə hansısa əhəmiyyətini görür, mən görə bilmirəm. Gördüyüm odur ki, bura cəmiyyətin üzqaraları ilə doludur.

Bəli, bəlkə də orda 1-2 yaxşı nəsə tapıb, demək olar, 3-5 normal insan göstərmək olar. İstisnalar həmişə var. Amma söhbət böyük ölçüdən gedir. Biabırçılıqdır. Millətin əxlaqı dəyərlərini bu qədər alçatmaq olmaz. Evində ailəsində hörmət sahibi olmayanlar, qonşuları arasında adam yerinə qoyulmayanlar, cəmiyyət üçün bir qara qəpiklik dəyəri olmayanlar tiktokda ulduza çevrilir.

Axı necə? Bir müddət əvvəl iki nəfər Beylaqanlı Tosudan danışırdı, soruşdum ki, kimdir ki o? Deyirlər, ay müəllim, Sizin müasir trendlərdən niyə xəbəriniz yoxdur? Elə müasir trend dedilər ki, elə bildim DAİC-dən zaddan danışırlar. Lap utandım, xəcalət çəkdim. Hər halda bunu mənə irad tutanlar, boynu qalustuklu adamlar idi. Kim bilir, bəlkə də tiktok cəmiyyəti korlamır, o sadəcə güzgüdür. Sadəcə onun içini bizə göstərir” – E.Əmirov qeyd edib.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678