Dərmanların qiymətində dəyişiklik ediləcək – NAZİR

91 Baxış

Nazirlər Kabineti nəzdində dərmanlarla bağlı xüsusi komissiya yaradılıb. Onun işi yekunlaşmaq üzrədir.

Turanmedia.az modern.az-a istinadən xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, həmin sahənin Azərbaycanda sürətli inkişafı üçün müəyyən addımlar atılacaq: “Dərman vasitələrinin keyfiyyətinə, idxalına nəzarət və qiymət tənzimlənməsinə dair müəyyən dəyişikliklər olacaq”.