Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Ölkədə humanitar siyasət dəyişməlidir” – SOSİOLOQ

419 Baxış
Məlumdur ki, informasiya-kommunikasiya texnologiyalarının inkişafı həyatımızı asanlaşdırsa da, cəmiyyətdə müxtəlif problemlərə yol açır. Belə ki, son illər mobil telefonlar, kompüterlər insanlarda bu vasitələrə böyük aludəçilik yaradıb. Bəzən hətta gənc valideynlər belə saatlarla telefondan ayrılmır. Bəzən hətta parklarda, yollarda valideynlərin başı o qədər telefona qarışır ki, uşaq tamamilə yaddan çıxır. Və çox vaxt belə hallar faciəvi nəticələrə də gətirib çıxarır.

Belə olan halda cəmiyyəti də dərindən düşündürən bir sual ortaya çıxır: indiki dövrdə valideynlərlə uşaqlar arasında sağlam münasibət necə formalaşdırılmalıdır? Bu istiqamətdə hansı işlərin görülməsinə ehtiyac var?

Turanmedia.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, Azərbaycanda humanitar siyasət dəyişilməlidir:

“Təkcə maarifləndirmə işləri kifayət etmir. Ölkədə humanitar siyasət dəyişməlidir. Ailəyə qarşı münasibət qənaətbəxş deyil. İndiki halda sosial problemlər günbəgün daha da həssaslaşır. Fikrimcə, kompleks tədbirlərin görülməsinə ehtiyac var. Bunun üçün isə elmi əsaslarla fəaliyyət proqramı qurulmalıdır. Regionların inkişafı üçün fəaliyyət proqramları, yol xəritələri hazırlandığı kimi, humanitar sahədə də belə yol xəritəsinə ehtiyac var. Bunu isə müvafiq dövlət qurumları, səlahiyyətli şəxslər edə bilər. Lakin təəssüf ki, heç bir iş aparılmır”.

Ekspert qeyd edib ki, cəmiyyətdə bir çox məsələlərə 50 il əvvəlki metodlarla yanaşma sərgilənir:

“Lakin XXI əsrdə humanitar siyasətə başqa yanaşmalar tələb olunur. Son dövrdə hər 100 nikahdan 32-nə boşanma düşür. Azərbaycanlı ailələrin 80 faizində gərginlik var. Bu gərginlik son nəticədə boşanmaya gətirib çıxarır. Ər və arvad arasındakı gərginlik ən çox uşaqlara təsir edir. Tərəflər arasındakı gərginlik uşaqlara qarşı etinasızlığı artırır. Ata-analar övladlarına əhəmiyyət vermir. Uşağa qarşı valideyn diqqətsizliyi və məsuliyyətsizliyi sosial probelmlərdən qaynaqlanır. Ona görə də ölkədə belə eybəcər vəziyyət yaranıb. Məsələ ilə bağlı ciddi tədbirlər görülməli, bu işə alimlər də cəlb olunmalıdır. Lakin bu məsələyə diqqət edən yoxdur. Ona görə də vəziyyət hər il daha da pisləşir. Bəzən deyirlər ki, övlad sahibi olmaq istəyən şəxslər müəyyən testlərdən keçməlidir. Məncə, test heç nəyi həll etmir. Hər bir ailənin taleyi həyat yoldaşını seçməkdən başlayır. Bu testdən uğurla keçən o qədər insan olur ki, sonradan övladına qarşı laqeyd münasibət göstərir. Hər kəs necə gəldi ailə qurarsa test nəyi həll edəcək ki? Ona görə də insan əsas gərək kiminlə ailə həyatı qurduğuna diqqət etsinr”.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678