Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kəmaləddin Heydərov: Prezident yanğınsöndürmənin gedişi haqqında mütəmadi məlumatlandırılıb

223 Baxış

Çağırışdan 9 dəqiqə sonra ilk yanğınsöndürən maşın hadisə yerinə çatıb. Yanğının miqyası nəzərə alınaraq helikopterlər cəlb olunub. İlkin ehtimala görə, yanğın karton tullantılarından başlayıb. Müəssisənin özünün kamerasında bunlar əks olunub. Yanğın 5 min kvadrat metr sahəni əhatə edib ki, bunun da 4 min kvadrat metri söndürülüb.

Turanmedia.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri Kamaləddin Heydərov deyib.

“Azərbaycan Respublikasının Baş Prokurorluğu və FHN tərəfindən istintaq getdiyi üçün bütün məlumatları verə bilmirəm. Hadisə çox ciddi olduğu üçün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verilib. Prezident yanğınsöndürmənin gedişi haqqında mütəmadi məlumatlandırılıb”, – deyə nazir vurğulayıb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678