Sumqayıtdakı yanğınla bağlı cinayət işi başlanıb

12 Baxış

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyi Sumqayıtdakı yanğınla bağlı birgə məlumat yayıb.

Turanmedia.az xəzərxəbər-ə istinadən xəbər verir ki, 28 aprel 2022-ci ildə saat 17:20 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Metal baza yolunda yerləşən “Azərsun Sənaye parkı“ kompleksinin ərazisində yanğın hadisəsi baş verib.

Daxil olmuş məlumat əsasında dərhal Baş Prokuroluğun və FHN-in əməkdaşları hadisə yerinə çıxmışlar.

Ilkin araşdırmalar zamanı müəyyən edilib ki, yanğın kompleksin ərazisində plastik tullantıların atıldığı yerdən başlayaraq ərzaq və digər anbarlara yayılmaqla geniş ərazini əhatə edib.

Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə cinayət işi başlanıb, prokurorluq və FHN-in müstəntiqlərindən ibarət istintaq qrupu yaradılıb.

Yanğın söndürüldükdən sonra hadisənin baş vermə səbəbləri və dəymiş ziyanın müəyyənləşdirilməsi üzrə istintaq hərəkətləri həyata keçiriləcək.