İzmirin cənnəti Alaçatı – ÖZƏL

Alaçatı dar küçələri və daş evləri ilə hər fəsildə əyləncəli və bənzərsizdir. Bu məkan haqqında söz düşərkən, ilk ağıla gələn sörf, külək, daş evlər, dəyirmanlar, dar küçələr və çeşid çeşid dondurmalar olsa da, bu şirin yer haqqında birçox təfərrüat var.
Alaçatının Osmanlı dövründə Alajaat tayfasının yaşadığı bir kənd olduğu məlumdur.
Alaçatının tarixi 1850-ci illərə qədər uzanır.
Alaçatının tarixi yaşayış kompleksi iki mərtəbəli türk və yunan memarlıq üslublarından ibarətdir. Daş binalar, dar küçələr və yerli yel dəyirmanlarından ibarət unikal atmosferə malikdir.
Saqqız adasının sadəcə cənubunda bitən saqqız ağacları dünyada nadir bir bitkidir, vətəni Türkiyənin Alaçatı bölgəsidir. Bu ağacların 300-dən çoxu Çeşmə şəhərinin mühafizəsi altındadır.