Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ADNA-da törədilən terror aktından 13 il ötür

103 Baxış
Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror aktından 13 il ötür.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, 2009-cu il aprelin 30-da Gürcüstan vətəndaşı Fərda Qədirov universitetin binasına daxil olaraq yaxınlıqda olan hər kəsə “Makarov” tapançasından atəş açıb.

Mərtəbələrdə gəzən cinayətkar fərq qoymadan atəş açıb, 12 nəfər ölüb, daha 13 nəfər yaralanıb.

Sonuncu mərtəbəyə çatan və polislərin əhatəsində olan Qədirov auditoriyalardan birində barrikada quraraq intihar edib.

Həmin gün professorlar, laborantlar, tələbələr, müəllimlər, mühafizəçi, eləcə də yeməkxanaya süd məhsulları gətirən yaşlı qadın dünyasını dəyişib.

Terror aktını Mardun Qumaşyan sifariş edib. O, milli ədavət zəminində Gürcüstan vətəndaşları Fərda Qədirov, Cavidan Əmirov, Nəcəf Süleymanov, Nadir Əliyev və Ariz Qabulovla Bakıda terror aktı törətmək barədə razılığa gəlib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Əliyev, Əmirov, Süleymanov ömürlük, Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678