MN: Döyüş sursatları utilizasiya ediləcək

11 Baxış
Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Turanmedia.az xəbər verir ki, Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, döyüş sursatlarının utilizasiya prosesi 04.05.2022-ci il tarixdən 07.05.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.