Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Erməni yaraqlılar Qarabağda səngər qazır – VİDEO

109 Baxış

Qış fasiləsindən sonra Azərbaycanın Qarabağ regionunda sülhməramlıların müvəqqəti nəzarət zonasındakı ermənilər yenidən mühəndis işlərinə start veriblər.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Caliber.az məlumat yayıb.

Bildirilib ki, mayın 3-də erməni yaraqlılarının Xocavənd istiqamətində “uzunmüddətli atəş mövqeləri” qurduqları müşahidə olunub. Üstəlik, bu hadisə sülhməramlıların gözləri qarşısında baş verib. Öz vəzifə öhdəliklərinin tələblərini yerinə yetirməyən sülhməramlılar sözügedən təxribatın qarşısını almayıblar.

Videodan aydın şəkildə görünür ki, sülhməramlılara məxsus zirehli transportyor da ərazidədir. Lakin sülhməramlılar heç bir şəkildə ermənilərin qanunsuz əməllərinə müdaxilə etməyiblər. Əksinə öz iştirakları ilə onlar üçün örtük rolunu oynayıblar.

Həmin görüntüləri təqdim edirik:


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678