Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Prezident Yevlaxda avtomobil yolunun tikintisinə 2 milyon manat ayırdı -SƏRƏNCAM

127 Baxış
Prezident İlham Əliyev Yevlax rayonunun Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə (6 km)-Tanrıqulular avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Turanmedia.az Banker.az-a istinadən xəbər verir ki, sərəncamla Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə (6 km)-Tanrıqulular avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 2,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678