Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dondurmalar hansı yağdan hazırlanır? – Gizli təhlükə

122 Baxış
Bəzi vicdansız istehsalçılar dondurmaya sağlamlıq üçün təhlükəli olan maddələr əlavə edirlər. Məsələn, heç bir faydası olmasa da, dondurmaya yağlılığı artırmaq üçün palma yağı əlavə olunur.

Turanmedia.az publika.az-a istinadən xəbər verir ki, bu barədə “Gazeta.ru”ya diyetoloq, tibb elmləri doktoru Mixail Qinzburq danışıb.

Həkim etiketə diqqət etməyi tövsiyə edib və bildirib ki, məhsul bitki kremindən və ya süd yağının analoqundan hazırlanırsa, başqa bir markaya üstünlük vermək daha yaxşıdır.

“Belə adlar altında palma yağı gizlədilir, qida rasionumuza trans yağları gətirir, bu, orqanizmdə iltihabi proseslərin inkişafını sürətləndirir və ateroskleroza səbəb ola bilər. Dondurmada belə yağların və şəkərin birləşməsi çox təhlükəli qarışıqdır”, – diyetoloq xəbərdarlıq edib.

Onun fikrincə, dondurulmuş meyvə-tərəvəz şirələrini dadlandırıcı əlavə edilmədən almaq daha yaxşıdır.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678