Saakaşvili Tiflisdə mülki xəstəxanaya köçürülür

6 Baxış

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili həbsxanadan Tiflisdəki “Vivamedi” klinikasına köçürülür.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, Saakaşvili hazırda təcili tibbi yardım maşını ilə Rustavi şəhərində saxlanıldığı 12 saylı cəzaçəkmə müəssisəsindən Tiflisdə yerləşən özəl “Vivamedi” klinikasına gətirilir.

Xəstəxanada təhlükəsizlik tədbirlərinin gücləndirildiyi və eks-prezidentin yerləşdiriləcəyi palatanın olduğu mərtəbənin tam boşaldıldığı bildirilir.

Qeyd edək ki, M.Saakaşvilinin hazırkı sağlamlıq durumunun ağır olduğu və çətinliklə yeridiyi bildirilir. Yaxınları siyasətçinin müalicə üçün xaricə göndərilməsini tələb ediblər.