Kərim Vəliyev Qazaxıstan nümayəndə heyəti ilə görüşüb

6 Baxış
Mayın 12-də Azərbaycanın müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Qazaxıstanın Müdafiə Nazirliyinin Baş Kəşfiyyat Departamentinin rəisi general-leytenant Serik İztleuovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Turanmedia.az xəbər verir ki, bu barədə “Ölkə.az”a Müdafiə Nazirliyindən məlumat verilib.

Qonaqları salamlayan general-polkovnik K.Vəliyev iki dövlətinin orduları arasında hərbi əməkdaşlığın möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən general-leytenant S.İztleuov hərbi əməkdaşlıq sahəsində təcrübə mübadiləsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Görüşdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də maraq doğuran digər məsələlər müzakirə edilib.