Şənbə gününün havası: Güclü külək olacaq

4 Baxış
Azərbaycan ərazisində mayın 14-nə gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

Turanmedia.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Ölkə.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 11-14, gündüz 20-24, Bakıda gecə 11-13, gündüz 21-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65% olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 23-28, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.