Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyədən F-16 açıqlaması: Konqres müsbət baxır!

262 Baxış

ABŞ Konqresində F-16 qırıcılarının Türkiyəyə satışı ilə bağlı məsələlərə çox müsbət yanaşırlar.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Əfqan Ala ABŞ Konqresindəki görüşləri barədə danışarkən deyib.

“Türkiyənin müdafiə sənayesini gücləndirməyin NATO-ya da necə dəstək verəcəyi ilə bağlı müzakirələr apardıq. Eyni zamanda, regional və qlobal sülhə nə qədər tez dəstək verə biləcəyimizi onlarla paylaşdıq. Onlar da buna müsbət yanaşdıqlarını bildirdilər”, – partiya rəsmisi qeyd edib.

Ala vurğulayıb ki, Türkiyənin artan əhəmiyyətinin dünya getdikcə fərqindədir:

“Ankaranın problemlərə həlledici yanaşmasını təkcə biz deyil, həm də dünya görür. Bunu tərəfdaşlarımız da yüksək qiymətləndirir”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678