26 Baxış

Turanmedia.az xəbər verir ki, Paytaxt Ankara şəhərində Azərbaycan xalqının istiqlal mübarizəsinə layiqli töhfələr vermiş vətənpərvər şair və ictimai xadim Əhməd Cavadın heykəli ucaldılıb.

Heykəlin ucaldıldığı Türk Tarix Muzeyi və Parkında Əhməd Cavadın anım və heykəlinin açılış mərasimi keçirilib. Azərbaycanın Türkiyədəki səfirliyi, Etimesgut rayon bələdiyyəsi və Türk Tarix Muzeyi və Parkı tərəfindən birgə təşkil olunan mərasimdə rəsmi şəxslər, Türkiyə ictimaiyyətinin tanınmış simaları iştirak ediblər.Açılış mərasimindən əvvəl Türk Tarix Muzeyi və Parkının konfrans salonunda geniş toplantı keçirilib.

Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, iki qardaş ölkənin Dövlət himnləri səsləndirilib.Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Milli Məclisin deputatı Əziz Ələkbərli və Etimesgut rayon bələdiyyəsinin sədri Ənvər Dəmirəl tədbirdə çıxış ediblər.

Çıxışlarda Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!” və ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” ifadələri xatırlanaraq diqqətə çatdırılıb ki, iki ölkə dövlvt başçılarının dostluq və qardaşlıq münasibətləri, liderlərin qətiyyətli mövqeləri və uzaqgörən qərarları ölkələrimizin gələcəyi, birgə inkişafımız üçün uğurlu nəticələr verməkdədir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı rəşadətli Qələbə, bu tarixi Zəfərin əldə olunmasında Türkiyənin göstərdiyi siyasi-mənəvi dəstək nəsillərə örnəkdir. Əhməd Cavadın həyat və fəaliyyəti gənc nəslin milli-vətənpərvərlik ruhunun yüksəlişində böyük təsirə malikdir.

Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 20-də Əhməd Cavadın anadan olmasının 130 illiyinin qeyd olunması haqqında Sərəncam imzalayıb. Bu Sərəncam çərçivəsində qardaş Türkiyədə də müxtəlif tədbirlər keçirilməkdədir.Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 20-də Əhməd Cavadın anadan olmasının 130 illiyinin qeyd olunması haqqında Sərəncam imzalayıb. Bu Sərəncam çərçivəsində qardaş Türkiyədə də müxtəlif tədbirlər keçirilməkdədir.