Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sabahın hava proqnozu: Yağış, külək…

102 Baxış

Sabaha olan hava proqnozu açıqlanıb.

Turanmedia.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, mayın 16-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Şimal-qərb küləyinin gündüz saatlarından arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 14-17° isti, gündüz 19-22° isti, Bakıdagecə 14-16° isti, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Mayın 16-da Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 1-6° isti, gündüz 5-10° isti olacaq.

 

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678