Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vətənin oğulları

204 Baxış

Hər bir insanın həyat yolu var. Bu yol kimsəyə hamar, kimsəyə daşlı kəsəkli, enişli yoxuşlu olar.

Həyat yolunda qazandıgımız ugurlarda belədir, kimi asanliqla, kimisi çətinliklə əldə edər. Bəzən imza atılan ugurlara səbəb olan insanlar olar. Bəzən də qazanılan ugurları dişlə- dırnaqla, zərrə- zərrə qazanarsan.

Onu həyat yolun izlədikdə görürsən ki, hala zəhmətilə qurdugu bir yuvanin sahibidir. Tanışlığımıza səbəb 32-ci seçki dairəsindən milli məclisə namizədliyi irəlı sürülmüş Hicran Şərifov oldu. O, seçki kompaniyası zamanı təşkil etdiyimiz tədbirlərdə könüllü iştirak edirdi. Fəal , işgüzar, vətənpərvər olduğunun illər öncə şahidi oldum. Suraxanı rayonunda yasayan və rayonun ictimai siyasi həyatinda fəaliyyət göstərən Hüseyn Məhəmməd oglu hal- hazirda Yeni Suraxani Qəsəbə Icra Nümayəndəliyinin sahə rəisi vəzifəsində çalışır.

Xalqına , millətinə, dovlətinə sədaqətlə xidmət edir. Dəfələrlə onun vətənpərvərliyinin şahidi olmuşam. Bariz nümunələrdən birisə yeganə ogludur.

Qardaş Türkiyədə təhsil almasina baxmayaraq, 44 günlük vətən müharibəsi baslayanada o təhsilini müvəqqəti donduraraq geri dönür və könüllü vətəni qorumaga yollanır.

Yaxın günlərdə Hüseyn müəllimin qonagı olduq. Orucluq ayının son günlərı idi, yəganə oğlu hərbi xidməti başa vuraraq geri dönmüşdü. Halal nemətlərdən hazırlanmiş gözəl süfrə arxasında orucumuzu açdıq. Azərbaycan mətbəxtinin sirlərini gözəl bilən İradə xanımının hazırladığı nemətlərdən daddıq.

Söhbət əsnasında Hüseyn İsmayılov oglunun vətən müharibəsində olduğu müddətdə onunla daha çox qürur duydugundan söz asdı. Oğlunun təmkini, hər dəfə telefon danışığında atasina möhkəm olmasını tapşırması, hərşeyə hazır olun təki vətən sagolsun sözünüzü deməsi, Hüseyn müəllimi qürurlandirsada ömründən onur gedirdi. Amma buna baxmayaraq düşünürdü, vətən sağolsun. Döyüşlərin qızğın getdiyi üçün Suraxanı rayonunda şəhidlər gətirilir, yer göy ağlayırdı. Torpaqlarımız azad olunurdu, hər bir şəhid valideyni “Vətən sağolsun” deyərək oğlunu əbədi mənzilinə cənnətinə yola salırdı. Hüseyn müəllim də yeganə övladını gözləyirdi, qismətdə ya şəhid atası olmaq ya da oğlunu qələbədən sonra bağrına basmaq vardı.

Hüseyn müəllim oğlu haqqında çox qürurla danisirdi. Bir valideyin üçün ən böyük xoşbəxtlik övladı ilə qürur duymasıdır. Vətən müharibəsi başlayan gündən ata və ogul cənab prezident Ilham Əliyevin dəstək olmaq üçün xalqımızın hər bir nümayəndəsi kimi səfərbər oldular. Vətən sevgisi, xalqına millətinə bağlılıq, dövlətinə sədaqət bu ailədə öz əksini tapmışdır.

Bu gün söz açdığım qəhrəmanımı oxucularıma yaxından tanıtmaq istəyirəm.

Hüseyn Məhəmməd oğlu İsmayılov1963-cü il yanvar ayının 8 də Naxçıvan MR Culfa rayonunda anadan olmub, təhsilini 1980 – ci ildə başa vurub həmin ildə həqiqi hərbi xidmətə yollanaraq 1983- cü ildə geri dönür.

1985-1989 -cu illərdə NMR Xalq Deputatları Sovetinə Deputat seçilmiş xalqa xidmət etmiş, 1990 -cı il AR DİN nin polis əməkdaşı və müvafiq vəzifələrdə çalışmışdır.

1991-1993-cü illərdə 1-ci Vətən müharibəsində iştirak etmiş və Qazi adına layiq görülmüşdür.

2005-ci ildə DİN tərəfindən ehtiyata buraxılmış və ehtiyatda olan polis əməkdaşı kimi fəaliyyət göstərmişdir. 2-ci Vətən müharibəsi olan 44 günlük Qarabağ müharibəsində vətəni olan Azərbaycana və xalqına xidmətlərini və köməklərini əsirgəməmişdir.

Hüseyn İsmayılov 2019 – cu il AVMVİB-25 il medalı, müharibə veteranı medalı, Milli ordu – 100 illik medalı, Böyük Zəfər xatirə medalı, Dəmir yumruq media medalı, qardaş Türkiyədən İÇAN ın təşəkkürnaməsi ilə təltif olunub.

O, bu həyatı ele belə yaşamadı. El üçün yaşanan ömür itgi sayılmaz.

 

Almaz İLAHƏ


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678