Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Regional İdarənin rəisi şəhid Yusif Yusifbəylinin ailəsini ziyarət edib

146 Baxış

Turanmedia.az xəbər verir ki, Vətən müharibəsi şəhidi Yusifbəyli Yusif Sabir oğlunun ailəsi ilə görüş keçirilib. Görüş zamanı şəhidimizin keçdiyi döyüş yolundan bəhs edilib. Regional idarənin rəisi Vəsilə Möhsümova şəhid valideynlərinə vətənpərvər övlad böyütdükləri üçün təşəkkür edib və dövlətimizin, Azərbaycan xalqının hər zaman onların yanında olduğunu bildirib. Diqqətə çatdırılıb ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələrinə və sağlamlıqlarını itirmiş vətəndaşlara dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilir, bu kateqoriyadan olan insanlara həssaslıqla yanaşılır.

Qeyd edib ki, Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən Vətən müharibəsində şəhid və qazi olmuş vətəndaşlarımızın ailələri daim diqqət mərkəzində saxlanılır, onlarla mütəmadi görüşlər keçirilir.

Sonda şəhidimizin anası Mehriban Yusifbəyli şəhid ailələrinə göstərilən hərtərəfli diqqət və qayğıkeşliyə görə regional idarənin rəisinə öz adından və şəhid anaları adından təşəkkürünü bildirib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678