Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yevlax şəhər şəhid Əsgər Həsənov adına Malbinəsi kənd Uşaq musiqi məktəbində “Haqqın Zəfəri” adlı tədbir keçirilmişdir

125 Baxış

Turanmedia.az xəbər verir ki, tədbirdə iştirak edən regional idarənin rəisi Vəsilə Möhsümova şəhid Əsgər Həsənovun adını daşıyan bulaq kompleksinin önünü ziyarət edib və gül dəstələri düzüb.

Tədbir torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına savaşaraq şəhid olan vətən oğullarının xatirəsi anıldıqdan sonra dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Çıxışlar zamanı vurğulayıb ki, hazırda Azərbaycan xalqı, dünya azərbaycanlıları, Azərbaycanın dostları böyük Zəfər sevincini yaşayırlar, bildiyimiz kimi, heç bir Zəfər qansız, qurbansız başa gəlmir. Çox təəssüflər olsun ki, 44 günlük haqq savaşımızda biz də çoxsaylı şəhidlər verdik. Biz bu günümüzə görə onlara borcluyuq. Zaman keçsə də, Azərbaycan xalqı heç vaxt öz şəhidlərini unutmayacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Anım Gününün, eləcə də Zəfər Gününün təsis edilməsi şəhidlərimizin ruhunun yaşadılması deməkdir.

Daha sonra tədbir Malbinəsi kənd Uşaq musiqi məktəbinin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678