Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Polis rəisi: “Narkotika bir tələdir”.

164 Baxış

Turanmedia.az xəbər verir ki, Mingəçevir 9 saylı tam orta məktəbdə ŞPŞ rəisi , polis polkovniki Ədalət Əliyev və əməkdaşları “Narkotikə yox deyək” və digər zərərli vərdişlərə qarşı maarifləndirici tədbir keçiriblər.
Tədbirin əsas məqsədi şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğat aparmaq, onları belə neqativ əməllərdən çəkindirmək və məktəblilərin təhsilə, elmə, idmana olan marağını artırmaq və sağlam həyat tərzi mövzusunda maarifləndirməkdən ibarət idi.
Tədbirdə polis rəisi Ədalət Əliyev çıxış edərək qeyd edib ki, Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşları bu istiqamətdə ciddi əməliyyat-istintaq tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər də keçirirlər. Rəis məktəbin şagird və müəllim kollektivinə müasir dövrdə insan sağlamlığına zərər vuran, ağ ölüm kimi tanınan narkotik vasitələrin zərərindən danışıb. Bildirib ki,narkotika bir tələdir :” Çalışın bu tələyə düşməyəsiniz, məlumat üçün bildirim ki, narkomaniya uzun illərdir dünyanın ən böyük problemlərindən biri kimi bəşəriyyəti düşündürür və narahat edir. Cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyaya meyil gündən-günə artmaqdadır. Təəssüf ki, bu hal yeniyetmə və gənclər arasında yayılıb. Çünki onlar daha çılğın və emosionaldırlar, istəklərini həyata keçirmək üçün ən gözlənilməz yollara da əl atırlar. Bu da təbii ki, onları könüllü olaraq narkotika alverçilərinin müştərisi edir. Ona görə də sizlərə tövsiyəmiz odur ki,bu bəlanın tələsinə düşməyəsiniz. Biz mütəmadi olaraq bütün təhsil ocaqlarında olan gənclərlə bu tədbirlərimizi davam etdirəcəyik. Ancaq məni narkomaniya ilə yanaşı, digər vərdişlər də narahat edir. Bizə məlumat daxil olur ki, təhsil ocaqlarında da narkotika meyilli tələbə, şagirdlər var. Ona görə də mən rəhbər işçilərdən xahiş edirəm ki, belə hallara qarşı mübarizə aparsınlar. Biz yol verə bilmərik ki, gələcək nəsil məhvə sürüklənsin. Ona görə də bütün təhsil ocaqları nəzarətimiz altında olacaq. Narkomaniya ilə bağlı və digər zərərli vərdişlərə qarşı bağlı mübarizəyə hamılıqla qoşulmalıyıq ki, bu bəlanın qarşısını alaq”.
Mövzu ilə əlaqədar Narkomaniyaya qarşı mübarizə qrupunun baş əməliyyat müvəkkili polis mayoru Emir Cavadov narkotik vasitələrin səbəb olduğu fəsadlar və acı təsirləri barədə videoçarx vasitəsi ilə izahedici söhbətlər aparıb.
Çıxışlarda polis əməkdaşları erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulması, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğu diqqətə çatdırıb və eyni zamanda “Dini fanatizm, radiklizm, ekstremizmin mahiyyəti və təhlükələri” ,”Yol hərəkəti qaydalarına əməl edək“ mövzuları ilə çıxışlar ediblər.
Tədbirdə iştirak edən təhsil şöbəsinin müdir əvəzi Zamik Cəbiyev polis vətəndaşlarına minnətdarlıq edərək bildirib ki, hamıya yaxşı məlumdur ki, ölkəmizdə narkotiklə mübarizəyə çox ciddi önəm verilir. Bizim tərəfimizdən də məktəbin fəaliyyət planına uyğun olaraq, zərərli vərdişlərlə bağlı tədbirlər görülür.
Sonda mövzu ilə bağlı müəllim və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Esmira Hidayətova Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678