Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ukraynada general-leytenant Rüstəm Muradov yaralandı – Bacısı oğlu öldürüldü

185 Baxış
Ukraynada general-leytenant Rüstəm Muradov yaralanıb.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, Baza-nın məlumatına görə, Ukraynada müharibədə Rusiya Qəhrəmanı, Cənub Hərbi Dairəsinin komandirinin müavini və Qarabağdakı sülhməramlıların keçmiş komandiri, general-leytenant Rüstəm Muradov yaralanıb.

Onun 27 yaşlı qardaşı oğlu Salman Süleymanovun “xüsusi əməliyyat” zamanı öldürüldüyü də məlum olub.

27 yaşlı Salman Süleymanov tağım komandiri olub. Yanvarın əvvəlində o, hərbçi yoldaşları ilə birlikdə Ukrayna ilə sərhədə aparılıb. “Baza”ya görə, aprelin sonunda Salman döyüşlər zamanı həlak olub. General-leytenant Muradovun özü Ukraynada yaralanandan sonra həmin vaxt xəstəxanada olub. Qardaşı oğlunun ölümü barədə ona məlumat verildikdə, Muradov dəfn edilməsi üçün heç olmasa bir sümük tapılmasını xahiş edib.

Dağıstanın Dərbənd bölgəsinə vətənlərinə Salmanın yalnız sümükləri gətirilib. General dəfn mərasimi üçün xəstəxanadan məzuniyyət götürüb. 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678