Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Delimitasiya üzrə ekspert qrupu yaradılacaq – RƏSMİ

95 Baxış
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə ekspert qrupu yaradılacaq.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin mayın 23-də imzaladığı “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” sərəncamda qeyd olunub.

Belə ki, sərəncamla Nazirlər Kabinetinə Dövlət Komissiyasının Katibliyinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət müntəzəm fəaliyyət göstərəcək ekspert qrupunun yaradılmasını təmin etmək tapşırılıb. 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678