Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Bərdə regional “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

158 Baxış

Turanmedia.az xəbər verir ki, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova millət vəkili Fatma Yıldırımla birlikdə Bərdə regional “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub. Görüş çərçivəsində regionda mədəni səviyyənin yüksəldilməsi və dövlət mədəniyyət siyasətinin uğurla həyata keçirilməsi, “ASAN-xidmət” mərkəzi, xüsusilə “ASAN könüllüləri” ilə əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Regional idarənin rəisi Vəsilə Möhsümova rayonun mədəniyyət işçilərinin yüksək potensialı olduğunu vurğulayaraq bildirib ki, regional idarə üzrə mədəniyyət müəssisələrində müxtəlif mövzularda bir neçə layihələr həyata keçirilib. Regionda mədəniyyət siyasətinin uğurla həyata keçirilməsində regional idarənin üzərinə böyük vəzifələr düşdüyünü diqqətə çatdıran regiona idarənin rəisi bu sahədə region gənclərinin də potensialından səmərəli şəkildə istifadə edilməsinin idarənin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib.

Görüş diskussiya şəklində davam edib, “ASAN xidmət” mərkəzinin könüllülərinin fikir və təklifləri dinlənilib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678