Ermənistanda gizli təşkilatlanma gedir – “ABŞ-ın regionda qeyri-NATO müttəfiqi olacağıq”

11 Baxış

Ermənistanda sosial şəbəkələrdə petisiya başladılıb. Məqsəd bu ölkədə güclü ordunun yaradılması üçün ABŞ-a müraciət edilməsi ilə bağlıdır.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə ictimai fəal Armine Avaqyan özünün facebook səhifəsində məlumat yayıb.

O, özünün statusunda bildirib:

“Bu petisiya erməni xalqının ABŞ qarşısında güclü ittifaqa sahib olmaq istədiyini göstərmək üçün referendum növüdür. Biz əminik ki, Ermənistan ABŞ-ın əsas qeyri-NATO müttəfiqi olacaq.

44 günlük müharibənin nəticələri, xüsusən də o müharibədəki xain “məğlubiyyətimiz”, Ermənistan ətrafındakı geosiyasi vəziyyət hər şeydən əvvəl rus-türk təhlükəsindən qurtulmağı diqtə edir.

Mən istəyirəm və dəqiq bilirəm ki, hamımız övladlarımızın güclü silahlarla Ermənistan ordusunda xidmət etməsini istərdik, çünki ABŞ-la belə bir ittifaq olduqca mümkündür”.