“Balacaların şeir çələngi” adlı şeirlər kitabı işıq üzü görüb

60 Baxış

Turanmedia.az xəbər verir ki, gənc jurnalist, şair Əyyub Türkayın Lənkəranda uşaqlar üçün qələmə aldığı “Balacaların şeir çələngi” adlı kitabı işıq üzü görüb. Kitabda məktəbəhazırlıq qruplarında, bağçada, ibtidai sinifdə təhsil alan uşaqlar üçün müxtəlif mövzulu uşaq şeirləri, təmsillər və tapmacalar yer alıb. Kommersiya məqsədilə nəşr olunan kitab artıq satışdadır.

Qeyd edək ki, müasir Azərbaycan şeirinin istedadlı nümayəndələrindən olan Əyyub Türkay (Əyyub Ağakərim oğlu Məmmədov) 1988-ci ildə Lənkəran şəhərində anadan olub. 2008-ci ildən ARB Cənub Televiziyasında teleaparıcı-jurnalist vəzifəsində çalışmaqla yanaşı, dövrü mətbuatda publisistik məqalələri ilə çıxış edir. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür (2020). İxtisasca texnologiya müəllimi olan Əyyub Türkay uşaqlar üçün qələmə aldığı “Balacaların şeir çələngi” adlı kitabı ilə ilk dəfədir ki, oxucularının görüşünə gəlir.

Balacaların üzündə təbəssüm yaradacaq zəngin mənəvi, tərbiyəvi əhəmiyyətə malik bu kitabı ərsəyə gətirən həmkarımız Əyyub Türkayı ürəkdən təbrik edir,ona daha möhtəşəm yaradıcılıq uğurları arzulayırıq.