Ərdoğan “Texnofest Azərbaycan”dan paylaşım etdi

19 Baxış

Dünyanın ən sevimli aviasiya, kosmos və texnologiya festivalı olan “TEKNOFEST”i “Bir millət, iki dövlət, tək festival” şüarı ilə Bakıda gerçəkləşdirdik.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Rəcəb Tayyib Ərdoğan Tvitterdə paylaşım edib.

“Azərbaycanla neçə belə layihələrdə gənclərimizə yeni üfüqlər açmağı, milli texnoloji həmləmizi birlikdə gerçəkləşdirməyi davam etdirəcəyik”, – paylaşımda qeyd olunub