Zərdabda “Aqroservis” ASC-nin ərazisində yanğın olub

11 Baxış
Zərdab şəhərində “Aqroservis” ASC-nin ərazisində tutumu 80 ton olan çənin (kəsilməkdə olan) içərisində neft qalıqları yanıb.

Turanmedia.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya FHN-dən bildirilib.

Məlumata görə, yaxınlıqdakı çənlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.